Hekayenin Adi: Qarda?. O qarda? kibac?s?n? Fahi??liy?s�rHekaye: Bu günləri çox ağır keçirirəm. Sanki bir zaman mənim üçün müqəddəs, əvəzolunmaz olan hər şey mənasını itirməkdədir. Telefon zənglərinə cavab verməyə də əlim gəlmir. Çünki bilirəm ki, yenə də kimsə hansısa xırda problemini böyük dərdə çevirərək üstümə gələcək. Ya da... Bunları fikirləşə-fikirləşə iş telefonuna zəng gəlir. Götürmək istəmirəm. Ya kimsə səhv düşüb, ya da yenə məndən nəsə soruşacaqlar... ...Telefon isə susmaq bilmir. Dəstəyi götürüb yerə qoymaq istəsəm də, fikrimdən vaz keçirəm. Daha bir zəng və yenə də dəstəyə yaxınlaşmağa ərinirəm. Deyəsən bu telefon mənim lap əsəblərimlə oynadı. Nəhayət, dəstəyi götürüb kefsiz bir şəkildə «alo» deyirəm. Qarşı tərəfdən həzin və həzin olduğu qədər də kövrək bir səslə «Laləgilin evidir?» deyə bir xanım soruşur. Acıqlı-acıqlı «xeyr» cavabını verib dəstəyi yerə qoyuram. Telefon yenə zəng çalır və artıq bu dəfə daha sərt cavab vermək istəyirəm. Amma bu səsdəki həzinlik, bəlkə də yazıqlıq məni fikrimdən daşındırır. Ondan hansı nömrəni yığdığını soruşanda duruxur. Sağollaşmaq istəsə də, kim olduğunu soruşuram. Amma dillənmir. Onun «bəs siz kimsiniz, bilmək olar?» deyə soruşması isə məni lap təbdən çıxarır. Qıza çox kobud cavablar verirəm. Amma sanki danlanmağa öyrənibmiş kimi bir cavab vermir... Artıq 3-4 gündür ki, o, eyni vaxtlarda heç bir səbəb olmadan zəng edir və biz danışırıq. Bu minvalla davam edən «tanışlığımız» mənə 17 yaşlı bir qızın taleyini açır. Artıq özümə virtual dost kimi qəbul etdiyim Reyhan 11 yaşında ikən öz bibisinin həyat yoldaşı tərəfindən təcavüzə məruz qalıb. Amma bunu nə az, nə çox, düz 4 il gizlətmək qərarına gəlir. Amma günlərin birində tanışlarından birinin onun anasına «Reyhana dəymə ha, o mənim gəlinimdir» deməsi hər şeyin üstünü açır. Bunları ondan eşidə-eşidə qızın dəli olduğunu düşünməyə başlamışam. Amma danışdıqları bir qızın özünə ata biləcəyi böhtan qədər yüngül deyil. — Bibimin yoldaşının hətta lap kiçik yaşlarımdan mənə necə baxması yadımdadır. Amma heç ağlıma da gəlməzdi ki, nə vaxtsa o məni zorlayacaq. Günlərin birində bizə zəng elədi və atamla işi olduğunu söylədi. Dedim ki, atam evdə yoxdur. Sonra isə anamı soruşdu və mən onun da evdə olmadığını deyəndə dəstəyi yerə atdı. Təxminən bir saatdan sonra qapı döyüldü. O idi. Artıq onun nə fikirlə gəldiyini başa düşməyə başlayırdım. Amma… Gec idi. Anama isə bu sirrimi məcburiyyətdən açdım. Çünki o, həmin tanışımızın məni oğlu üçün bəyəndəyini deyəndə, heç vaxt ərə gedə bilməyəcəyimi bildirdim. Çünki bakirəliyini itirmiş birinin Oxunub: 18 defe • Elave edilib: 18.06.2021Geri Qayit Ana Sehife